"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tüləkəran bələdiyyəsi “Anım günü” fərqlı formada leçirilib

--2022-09-29 / 18:50

27 sentyabr- şanlı tariximizdə acılı-ağrılı gün kimi yaddaşlarda qalmasına baxmayaraq Zəfər tariximizin başlanğıcıdır. 30 illik həsrətə, nisgilə son qoyulmağının müjdəçisididir bu gün. Neçə neçə oğul və qızlarımızın şəhid xəbərləri bu gündən başlayaraq gəlmiş, kənd, şəhər və qəsəbələrimimiz azad olduğu xəbərləri də bu gündən elan olunmağa başlamışdır.

Bəli. Torpaq qana qarışanda Vətən olur. Bu vətəni də şəhidlərimiz bizə əmanət qoyub cismani olaraq bizi tərk ediblər. Bizlərin də borcu onların bizə əmanət qoyduqları Vətən torpağını, şəhidlərimizin övladlarını ata-analarını qorumağı, bütün qayğı və problemlərini həll etməkdir.

Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən 27 sentyabr Anım gününü fərqlı formada keçirilmişdir.

Belə ki torpaqlarımızın azadlığı uğrunda canından keçmiş idrisov əfqan əhmədpaşa oğlunun anası idrisova Nəsibə Abdusəlim qızına mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə fərdi yaşayış evi tikilməsi üçün 200 kvadrametr torpaq sahəsi ayrılaraq təmənnasız olaraq verilmişdir.

şəhid olmuş dəyərli həmvətənlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Bundan sonra da şəhid ailələri, müharibə əlilləri və sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımızın problemlərinin həlli istiqamətində daim var qüvvəmizlə çalışacağıq.

Rauf Hüseynov

Quba rayon Tüləkəran bəkədiyyəsinin sədri

ŞƏRHLƏR